Bakı Sağlamlıq Mərkəzi olaraq növbəti korporativ sosial məsuliyyətli layihə aksiyasına start verdik

“AzerGold” QSC və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda "Çovdar" qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu və Bayan kəndlərinin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilir. 22 iyul tarixindək davam edəcək 3 günlük aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələri keçiriləcək. Səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədini daşıyır.

Diqər xəbərlər